[b]“Neftçi”nin “11-liyi”[/b]
02.09.2014 - 09:12
[b]“Neftçi”nin “11-liyi”[/b]

“Neftçi” Azərbaycan çempionatları tarixində 11-ci avtoqoluna imza atıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının IV turunun “Simurq”la oyununda öz qapısına qol vuran braziliyalı Karlos Kardosoyadək paytaxt təmsilçisi 10 dəfə belə halla üzləşmişdi.

 

Kardoso Bakı klubunun heyətində bu uğursuzluğu yaşayan 3-cü legionerdir. Onadək Denis Silva və Erik Ramos da çempionat oyununda avtoqol müəllifi olmuşdu. Öz qapısına vurulan 11 topdan 8-i ev oyunlarına, 3-ü səfər matçlarına təsadüf edib. 

 

“Neftçi” avtoqol müəllifliyində 3-cü pillədə qərarlaşıb. Bakılılar yalnız AZAL (13) və “Qarabağ”dan (12) az xətaya yol verib.

 

“Neftçi”nin Azərbaycan çempionatındakı avtoqolları

31.03.1996

Rasim Abışov

Turan – Neftçi

01.11.1997

Kamal Quliyev

Neftçi – Viləş

15.05.2001

Arif Əsədov

Şəmkir – Neftçi

11.03.2001

İlham Yadullayev

Neftçi – Turan

20.08.2006

Mahir Şükürov

Neftçi – İnter

30.03.2008

Rəşad  Sadıqov

Neftçi – Bakı

11.12.2010

Denis Silva

Neftçi – Bakı

10.09.2011

Ruslan Abışov

Xəzər Lənkəran – Neftçi

14.04.2012

Ruslan Abışov

Neftçi – İnter

10.11.2013

Erik Ramos

Neftçi – Bakı

31.08.2014

Karlos Kardoso

Neftçi - Simurq

 

0