“Qarabağ”ın futbolçusu Portuqaliya ilə oyuna çağırıldı
02.09.2014 - 10:37
“Qarabağ”ın futbolçusu Portuqaliya ilə oyuna çağırıldı

Albaniya millisinin baş məşqçisi Canni de Byazi seçmə mərhələnin ilk oyunu üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı 24 futbolçuya dəvət göndərib.

 

Bunların arasında “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli də var. De Byazi 2011/12 mövsümündə AZAL-ın şərəfini qorumuş, hazırda ölkəsinin “Tirana” klubunda çıxış edən Ervin Bulkunu da milliyə çağırıb.

 

Qeyd edək ki, Albaniya millisi sentyabrın 7-də Portuqaliyanın qonağı olacaq. 

0