Etame Mbilladan yeni müqavilə - FOTO
02.09.2014 - 11:40
Etame Mbilladan yeni müqavilə - FOTO

“Xəzər Lənkəran”dan kənarlaşdırılan kamerunlu hücumçu Etame Mbilla özünə yeni klub tapıb. Apasport.az xəbər verir ki, afrikalı forvard Türkiyə birinci dəstə təmsilçisi “Samsunspor”la razılığa gəlib.

 

Hazırda İstanbulda olan 26 yaşlı futbolçu artıq yeni komandası ilə müqaviləyə imza da atıb.

 

Qeyd edək ki, Etame Mbilla 2013/2014-cü illərdə “Xəzər Lənkəran”ın şərəfini qoruyub. O, “ağ-yaşıllar”ın heyətində 41 oyunda meydana çıxıb və 15 dəfə fərqlənməyi bacarıb.

0