Alfred Sanko “Xəzər Lənkəran”dan ayrıldı
02.09.2014 - 14:24
Alfred Sanko “Xəzər Lənkəran”dan ayrıldı

“Xəzər Lənkəran”ın syerre-leoneli yarımmüdafiəçisi Alfred Sanko ölkəsinin milli komandasına dəvət alıb. Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Conni Makkinstri komandasının sentyabrın 6-da Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kot-dİvuar millisinə qarşı keçirəcəkləri oyun üçün açıqladığı heyətdə “ağ-yaşıllar”ın üzvünə də yer verib.

 

Sanko milli komandanın düşərgəsinə qoşulmaq üçün artıq öz vətəninə yollanıb. “Xəzər Lənkəran” bu gündən məşqlərə start versə də, afrikalı yarımmüdafiəçi yalnız millinin oyunlarından sonra heyətə dönəcək.

0