Rəqibimiz komandaya olan borcunu ödədi
02.09.2014 - 19:10
Rəqibimiz komandaya olan borcunu ödədi

Millimizlə yoldaşlıq oyununda qarşılaşacaq Rusiya yığmasının məşqçilər qərargahının bütün əmək haqqı ödənilib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın futbol ittifaqı komandaya olan borcları verib.

 

Qeyd edək ki, baş məşqçi Fabio Kapello üç ay idi ki, maaşını ala bilmirdi. Daha əvvəl bu haqda Rusiya Federasiyasının İdman Naziri  Vitali Mutko vurğulamışdı.

0