“Lill” lider oldu, “Qarabağ”ın rəqibi 4-cü pilləyə yuvarlandı - YENİLƏNİB
15.09.2014 - 00:56
“Lill” lider oldu, “Qarabağ”ın rəqibi 4-cü pilləyə yuvarlandı - YENİLƏNİB

Fransa çempionatında V turun görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, tur Liondakı oyunla start götürüb.

 

Belə ki, 4 matçdan 3 xal toplayan və turnir cədvəlinin sonlarında – XVII pilləsində yer alan “Lion” evdə çətin sınaq qarşısına çıxıb. Baş məşqçi Huber Furnenin yetirmələri “Monako”nu qəbul edib və qələbə qazanıb. “Lion” bu qələbə sayəsində XIII pilləyə yüksəlib.

 

PSJ “Renn”lə oyunda, “Bastiya” “Lans”la qarşılaşmada xal itirib – 1:1.

 

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan “Sent-Etyen” bu dəfə qələbəyə sevinib. Ötən tur səfərdə PSJ-yə darmadağın olan (0:5) Kristof Qaltyenin komandası evdə minimal üstünlüklə qələbə qazanıb. Görüşdə vurulan yeganə qola qonaqların futbolçusu Jean-Jakues Pierre (74) imza  atıb.

 

Beləliklə, sentyabrın 18-də "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" Bakıya əhval-ruhiyyə ilə gəlir.

 

“Lill” “Nant”ı, “Genqam” “Bordo”nu eyni hesabla məğlub edib – 2:0. “Marsel” isə “Evian”ı səfərdə 3:1 hesabı ilə üstələyib.

 

Qeyd edək ki, Fransa çempionatında V turun oyunlarından sonra turnir cədvəlinə 11 xalla “Lill” başçılıq edir. Eyni xala malik olan (10) “Marsel”, “Bordo” və "Sent-Etyen" isə 2-3-4-cü yerləri bölüşürlər.

 

Fransa çempionatı

V tur

14 sentyabr

 

“Lill” – “Nant” - 2:0

Qollar: Origi, 47, Lopes, 50

 

“Genqam” – “Bordo” - 2:0

Qollar: Diallo, 26, Mandanne, 34-pen

 

“Evian” – “Marsel” - 1:3

Qollar: N'Sikulu, 90+2 - Jinyak, 1, İmbula, 44, Tauvin, 64

 

12 sentyabr

“Lion” – “Monako” – 2:1

Qollar: Fekir, 30; Tolisso, 73 – Okampos, 39

 

13 sentyabr

“Renn” – PSJ - 1:1

Qol: Doukoure, 55 - Kamara, 43

 

“Bastiya” – “Lans” - 1:1

Qol: Qillet, 54 – Kavarria, 41

 

“Monpelye” – “Loryan” - 1:0

Qol: Kone, 44-avtoqol

 

“Nitsa” – “Mets” - 1:0

Qol: Bosetti, 90+5

 

“Reyms” – “Tuluza” - 2:0

Qollar: NQoq, 13, Kourtet, 87

 

“Sent-Etyen” – “Kan” - 1:0

Qol: Pierre, 74-avtoqol

 

0