“Verona”dan çətin qələbə - YENİLƏNİB
16.09.2014 - 00:36
“Verona”dan çətin qələbə - YENİLƏNİB

İtaliya A seriyasında II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşma “Empoli” - “Roma” arasında baş tutub.

 

Matçda qonaqlar minimal hesablı qələbəyə sevinib.

 

Son çempion “Yuventus” isə dogma azarkeşləri önündə “Udineze”ni sınağa çəkib. Görüşdə Turin klubu 3 xalı 2 qolla əldə edib. 8-ci dəqiqədə Karlos Tevesin vurduğu yeganə qolla fasiləyə üstün yollanan ev sahibləri 75-ci dəqiqədə Kladuio Markizionun fərqlənməsi ilə oyunun taleyini həll ediblər.

 

 "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan “İnter” evdə “Sassuolo” ilə üz-üzə gəlib. Matçda azarkeşlər bolqollu oyuna şahidlik ediblər. Rəqibinin qapısından 7 cavabsız top keçirən milanlılar ilk qələbəsini qazanıblar.

 

Milan şəhərinin digər təmsilçisi isə səfərdə “Parma”nın qonağı olub. Bu görüşdə qapılara 9 top vurulub. Meydan sahiblərini 5:4 hesabı ilə məğlub edən “Milan” liderliyə yüksəlib.

 

Turun son oyununda “Verona” “Palermo” ilə üz-üzə gəlib. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib ayrılıb.

 

İtaliya A seriyası

II tur

13 sentyabr

“Empoli” – “Roma” – 0:1

Qol: Sepe, 45+1

 

“Yuventus” – “Udineze” – 2:0

Qollar: Teves, 8, Markizio, 75

 

14 sentyabr

“Sampdoriya” – “Torino” - 0:2

Qollar: Qabbiadini, 34, Okaka, 76

 

“Kalyari” – “Atalanta” - 1:2

Qollar: Cossu, 84-pen - Estiqarribia, 4, Boakye, 67

 

“Fiorentina – “Cenoa” - 0:0

 

”İnter” - “Sassuolo” - 7:0

Qollar: İkardi, 4; 30; 53, Kovaçiç, 21, Osvaldo, 43; 72, Quarin, 74

 

”Latsio” – “Çezena” - 3:0

Qollar: Kandreva, 19, Parolo, 56, Mauri, 90

 

”Napoli” – “Kyevo” - 0:1

Qol: Lopes, 49

 

”Parma” – “Milan” - 4:5

Qol: Kassano, 27, Felipe, 51, Luçarelli, 73, De Skiqlio, 89-avtoqol - Bonaventura, 25, Honda 37, Menes, 45; 79, de Yonq, 67

 

 

15 sentyabr

“Verona” – “Palermo” - 2:1

Qollar: Toni, 41-pen, Pisano, 78-avtoqol -  Vaskues, 18

0