"Sumqayıt" yenidən zirvədə
14.09.2014 - 17:49
"Sumqayıt" yenidən zirvədə

Bu gün Topaz Premyer Liqasında V turun görüşlərinə tək oyunla yekun vurulub. Apasport.az saytının məlumatına görə, Naxçıvanda start verən tur paytaxtda başa çatıb.

 

Belə ki, iki gün əvvəl liderliyi “İnter”ə təhvil verib, ikinci pilləyə yuvarlanan “Sumqayıt” səfərdə autsayder “Bakı”nın qonağı olub. Aktivində cəmi 1 xal olan paytaxtın eyniadlı təmsilçisi bu görüşdə hesabı açan tərəf olub.

 

Lakin sumqayıtlılar fasilədən sonra 2 dəfə fərqlənməklə oyunun taleyini həll edib.

 

Beləliklə, baş məşqçi Aqil Məmmədovun yetirmələri ötən turda olduğu kimi yenə qalib gəlib, “bankirlər”i zirvədən qovub.

 

Qeyd edək ki, turun digər oyunlarında “İnter” “Araz Naxçıvan”ı 3:1 hesabı ilə üstələyib. “Böyük oyun”da “Neftçi” “Xəzər Lənkəran”ı  minimal üstünlükıə (1:0) yenib. “Qəbələ” “Simurq”u (2:1), “Qarabağ” isə AZAL-ı (3:0) məğlub edib.

 

14 sentyabr (bazar)

“Bakı” – “Sumqayıt” - 1:2

Qollar: Nurlan Novruzov, 2 - Məhəmməd Qurbanov, 57, Kiyan Sultanpur, 78

Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

BAKI: 1. Aqil Məmmədov (k) 3. Yure Travner 7. Nuran Qurbanov 8. Lukas Mario Horvat  10. Nurlan Novruzov 11. Tural Qürbətov  18. Əziz Quliyev  19. Elton Hüseynov 21. Elşad Manafov  22. Risto Ristoviç 37. Mikayıl Rəhimov

Ehtiyat oyunçular: 25. Elməddin Məmmədo 4. Ülvi Süleymanov 15. Azad Kərimov 16. Rövşən Əmiraslanov  20. Valeh Seyidov 56. Qeyrət Əliyev 9. Raul Yaqubzadə

Baş məşqçi: İbrahim Uazunca

 

SUMQAYIT  63. Şahruddin Məhəmmədəliyev 2. Slavik Alxasov 7. Ruslan Poladov (k) 10. Tərzin Cahangirov 11. Kiyan Sultanpur 14. Məhəmməd Qurbanov 15. Nodar Məmmədov 17. Ramazan Abbasov 18. Aleksandr Çertoqanov 77. Təvəkkül Məmmədov 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli 5. Cəmil Həsənov 8. Ceyhun Cavadov 9. Orxan Əliyev 22. Tofiq Mikayılov 45. Murad Ağayev

Baş məşqçi: Aqil Məmmədov

 

 

 

N

  Klublar

O

Q

H

M

T-F

X

1

  Sumqayıt

5

4

0

1

8-6

12

2

  İnter

5

3

1

1

12-3

10

3

  Neftçi

4

3

0

1

4-4

9

4

  Qəbələ

5

3

0

2

6-7

9

5

  Simurq

4

2

0

2

6-4

6

6

  Qarabağ

4

1

2

1

5-5

5

7

  Xəzər L

5

1

1

3

2-5

4

8

  AZAL

4

1

1

2

3-7

4

9

  Araz N

4

1

0

3

4-5

3

10

  Bakı

4

0

1

3

3-7

1

 

0