“Qarabağ”a “Sent-Etyen”lə oyunöncəsi şad xəbər
14.09.2014 - 19:00
“Qarabağ”a “Sent-Etyen”lə oyunöncəsi şad xəbər

“Qarabağ”a Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə oyunöncəsi şad xəbər. Apasport.az saytının məlumatına görə, Fransa klubu ciddi itki ilə üzləşib.

 

Komandanın sağ cinah yarımmüdafiəçisi Romen Hamouma zədələnib. 27 yaşlı futbolçu ötən gün “Kan”a qarşı keçirilən ölkə çempionatının V turunda sıradan çıxıb. Zədəsinin ciddi olduğunu görən baş məşqçi Kristof Qaltye onu matçın 61-ci dəqiqəsində Mollo ilə əvəzləyib.

 

Hamoumanın bu gün tibbi müayinədən keçəcəyi gözlənilir. Bundan sonra onun yaşıl meydanlara nə vaxt qayıdacağı dəqiqləşəcək. Həmçinin Romenin “Qarabağ”la sentyabrın 18-də Bakıda reallaşacağı qarşılaşmada meydana çıxmağı qeyri-mümkündür.

 

Qeyd edək ki, “Sent-Etyen” “Kan”ı 1:0 hesabı ilə məğlub edib.

0