[b]Çempionlar Liqasına 3 pərdəli Almaniya – İngiltərə dueli ilə start[/b]
15.09.2014 - 14:03
[b]Çempionlar Liqasına 3 pərdəli Almaniya – İngiltərə dueli ilə start[/b]

Sabah Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. Apaspot.az saytının məlumatına görə, qitənin 32 ən güclü komandası ilk oyunlarına çıxacaq.

 

İki gün davam edəcək I turun 16 qarşılaşmasının hamısı 23:45-də başlayacaq. İlk oyun gününün ən maraqlı qarşılaşmaları D qrupunda keçiriləcək.

 

Qonşu Türkiyənin “Qalatasaray” klubu öz meydanında Belçika “Anderlext”ini qəbul edəcək. Bu qrupun əsas favoritləri Dortmund “Borussiya”sı ilə İngiltərə “Arsenal”ı isə Almaniyada üz-üzə gələcək.

 

İkinci oyun gününün mərkəzi oyunu da Almaniyada keçiriləcək. Burada son mövsümün iki çempionu - “Bavariya” və “Mançester Siti” üz-üzə gələcək.  İlk tura təsadüf edən Almaniya – İngiltərə duelinin 3-cü pərdəsi Dumanlı Albionda oynanılacaq. Orada “Çelsi” “Şalke”ni sınağa çəkəcək.

 

Çempionlar Liqası

I tur

16 sentyabr

A qrupu

23:45. “Olimpiakos” (Yunanıstan) – “Atletiko” (İspaniya)

23:45. “Yuventus” (İtaliya) – “Malmö” (İsveç)

 

B qrupu

23:45. “Real” (İspaniya) – “Bazel” (İsveçrə)

23:45. “Liverpul” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan)

 

C qrupu

23:45. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya)

23:45. “Monako” (Fransa) – Bayer” (Almaniya)

 

D qrupu 

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Arsenal” (İngiltərə)

23:45. “Qalatasaray” (Türkiyə) – “Anderlext” (Belçika)

 

17 sentyabr

E qrupu

23:45. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə)

23:45. “Roma” (İtaliya) - MOİK (Moskva, Rusiya)

 

F qrupu

23:45. “Barselona” (İspaniya) - APOEL (Kipr)

23:45. “Ayaks” (Hollandiya) - PSJ (Fransa),

 

G qrupu

23:45. “Çelsi” (İngiltərə) – “Şalke” (Almaniya)

23:45. “Maribor” (Sloveniya) – “Sportinq” (Portuqaliya)

 

H qrupu

23:45. “Porto” (Portuqaliya) - BATE (Belarus)

23:45. “Atletik” (İspaniya) – “Şaxtyor” (Ukrayna)

 

0