“Həmin insan bizim dostumuz yox, düşmənimiz ola bilər”
15.09.2014 - 14:56
“Həmin insan bizim dostumuz yox, düşmənimiz ola bilər”

“Uzun müddət bir yerdə oynamışıq. İnsan gərək hər zaman ailəsinə çörək apardığı yerin təshibini kimsəyə verməsin”. Apasport.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın futbolçuları deyib.

 

“Araz-Naxçıvan” rəsmi olaraq 3 futbolçusu ilə yollarını ayırıb. Bunlar Elhad Nəziri, Vüqar Əsgərov və ukraynalı Aleksandr Krutskeviçdir. Lakin müqaviləsi qarşılıqlı surətdə ləğv edilən Nəzirinin ötən gün mətbuata verdiyi açıqlama debütant komandanın futbolçularının qəzəbinə tuş gəlib. Belə ki, müdafiəçi açıqlamasında futbolçuların oyun satdığını iddia edib.

 

“Araz-Naxçıvan”ın futbolçuları Kamal Bayramov, Ramal Hüseynov, Eşqin Quliyev, Bəxtiyar Soltanov, Saşa Yunisoğlu, Aqil Nəbiyev, Tərlan Xəlilov, Emin Cəfərquliyev, Qərib İbrahimov və digərləri Elhada cavab olaraq bu sözləri dilə gətiriblər: “Elhad yaxşı futbolçu ola bilər, bunun üçün üzərində çox çalışmalıdır. Məşqçinin də onu oynatmamasının səbəbi bəlkə də bu olub. Lakin bilmədən bizləri oyun satmaqda günahlandıran, təqsirli bilən insan bizim dostumuz yox, düşmənimiz ola bilər. İndi biz ona sual vermək istəyirik: Hardasa oyun satdığımızı görüb? Görübsə, sübut edə bilər? Elhada demək istəyirik ki, bunu sübut etsin. Etmədiyi təqdirdə bizə şər atdığına görə aidiyyatı qurumlara müraciət edəcəyik. Ya da açıqlama verdiyi saytlarda, qəzetlərdə “Araz-Naxçıvan” PFK rəhbərliyindən, məşqçilər korpusundan və biz futbolçulardan üzr istəsin”.

 

0