[b]UEFA “Qarabağ”ın gəlirini açıqladı[/b]
15.09.2014 - 18:49
[b]UEFA “Qarabağ”ın gəlirini açıqladı[/b]

UEFA 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq klubların gəlirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qrumu sözügedən turnirdə mübarizə aparan “Qarabağ”ın qazancını müəyyənləşibdirib.

 

Cari mövsümdə Avropa Liqasında teleyayımın satışı, kommersiya xarakterli müqavilələrə görə ümumi gəlir 225 milyon avro olacaq.

 

Bu məbləğin də 75%-i və ya 168,75 milyonu qrup mərhələsinin iştirakçıları arasında bölünəcək. Qalan 25% Avropa futbolu üçün ehtiyatda saxlanılacaq.

 

Bundan başqa, UEFA İcraiyyə Komitəsinin qərarı ilə 40 milyon avro bütovlükdə Çempionlar Liqasının gəlirlərindən daxil olacaq.

 

Turnirin qrup mərhələsində oynayacağı üçün "Qarabağ"a isə 1,3 milyon avro mükafat veriləcək. UEFA təmsilçimizin qrupdakı hər qələbəsinə 200 min avro, heç-heçəsiə görə isə 100 min avro pul mükafatı ayrıb.

 

Əgər Ağdam klubu 1/16 finala qrup qalibi kimi çıxacağı təqdirdə 400 min avro, ikinci yerin sahibi kimi 200 min avro alacaq. 1/8 finalda iştirak etsə 350 min avro, 1/4 finala yüksəlsə  isə 450 min avro qazanacaq.

 

Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq. Həmçinin UEFA Avropa Liqasının qalibinə 5 milyon avro mükafat verəcək.

 

Hətta "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində iştirakına görə 200 min avro gəlir əldə edib. Üstəlik Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün daha 200 min avro alacaq.

 

Beləliklə, ÇL-in təsnifat mərhələsindəki mübarizəsinə görə və Avroliqanın qrupuna düşdüyü üçün “Qarabağ” 1,7 milyon avro qazanc əldə edib. 

0