Cihan Özkara yenə “Sivasspor”a lazım olmadı
15.09.2014 - 23:20
Cihan Özkara yenə “Sivasspor”a lazım olmadı

Bu gün Türkiyə Superliqasında II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” növbəti matçına çıxıb

 

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. 

 

Matça yenə ehtiyat oyunçular skamiyasında başlayan təmsilçimiz oyunun sonuna qədər forma geyinə bilməyib.

 

Qeyd edək ki, ötən tur evində “Akhisar B” ilə oyunda (2:1) Özkara meydana daxil olmağa şans əldə edə bilməmişdi. 

0