UEFA-nın dopinq sınaqlarının statistikası müəyyənləşdi
15.09.2014 - 21:26
UEFA-nın dopinq sınaqlarının statistikası müəyyənləşdi

UEFA dopinq sınaqlarının statistikasını elan edib. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümündə sınaqdan keçən qan testlərinin hər biri mənfi olub.

 

UEFA-nın rəsmi saytında bildirilir ki, heç bir futbolçunun qanında qadağan edilmiş preparatlar aşkar edilməyib.

 

Çempionlar Liqası və Avropa Liqasının 1698 iştirakçısı toplam olaraq sınaqdan keçib. Digərlər testlər isə UEFA-nın himayəsi altında baş tutan yarışlardan götürülüb.

 

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin hesabatına əsasən, 2013-cü ildə 269 mindən çox dopinq-sınaq götürülüb. Bu isə bütün idman növlərinin arasında ən böyük göstəricidir.

 

0