[b]Millimiz İtaliyada[/b]
16.09.2014 - 08:23
[b]Millimiz İtaliyada[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliyaya yollanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 23-də start götürəcək dünya çempionatı üçün Apennin yarımadasına gedən millimizin səfərə tez çıxmasında məqsəd mühitə uyğunlaşmaqdır.

 

Komandamız mundiala kimi burada İtaliya ilə 3 yoxlama matçı da keçirəcək.

 

Qeyd edək ki, dünya çempionatında Çin, Yaponiya, Puetro-Rika, Belçika və Kuba milliləri ilə D qrupunda yer alan yığmamız oyunlarını Bari şəhərində keçirəcək.

0