“Sübut etməliyik ki, biz Bakıda oynayan ən güclü komandayıq”
16.09.2014 - 10:48
“Sübut etməliyik ki, biz Bakıda oynayan ən güclü komandayıq”

“Biz Bakıya 3 qələbə qazanmaq üçün gəlmişik. Çünki ardıcıl 3 matçdakı uğur növbəti mərhələyə vəsiqəni təmin edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət Danimarka millisinin baş məşqçisi Soren Randa-Boldt deyib.

 

Avropa çempionatının seçmə mərhələsinin Bakıda Azərbaycan yığması ilə oyunundan sonra fikirlərini açıqlayan mütəxəssis son turun Ukrayna ilə görüşü barədə iddialı danışıb: “Artıq ikinci qələbəmizi qazanmışıq. 100 faizli nəticə ilə irəliləyirik. Bu seriyanı Ukrayna ilə matçda da davam etdirmək fikrindəyik. Çünki sübut etməliyik ki, biz Bakıda oynayan qrupda ən güclü komandayıq. Bu qələbə növbəti mərhələnin püşkatmasında işimizə yaraya bilər. Ona görə Ukraynanı məğlub etməliyik”.

 

Qeyd edək ki, Danimarka millisi əvvəl Kipr, sonra Azərbaycanı eyni - 3:0 hesabı ilə məğlub edib.

0