Yunis Hüseynov rəsmən “Xəzər Lənkəran”da
16.09.2014 - 11:10
Yunis Hüseynov rəsmən “Xəzər Lənkəran”da

“Xəzər Lənkəran”da yeni təyinat rəsmiləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan futbolunun tanınmış simalarından biri, futbol veteranı, PRO kateqoriyalı məşqçi Yunis Hüseynov yenidən Lənkəran klubunda çalışacaq.

 

49 yaşlı mütəxəssis “Xəzər Lənkəran”ın idman direktoru vəzifəsinə təyin olunub. Hüseynov bu gün klub prezidenti tərəfindən klub nümayəndələri və komanda üzvlərinə təqdim edilib.

 

Qeyd edək ki, Hüseynov bundan öncə də cənub klubunda işləyib. O, 2012/2013-cü illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsində çalışıb.

0