“Sent-Etyen”in prezidenti: Qrupdan çıxmaq qəhrəmanlıq olardı
16.09.2014 - 13:00
“Sent-Etyen”in prezidenti: Qrupdan çıxmaq qəhrəmanlıq olardı

“Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Məqsəd isə ondan ibarətdir ki, klubun inkişaf mərhələsini davam etdirək”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in Müşahidə Şurasının sədri Bernar Kayazzo deyib.

 

Əlcəzair doğumlu Kayazzo həm Fransa çempionatında, həm də Avroliqada uğurlu çıxış etməyi qarşılarına məqsəd kimi qoyduqlarını bildirib: “Liqa 1-in 3 komandası Qətərdən gələn gəlirlər hesabına Fransada 119 matç keçirib. Bu, Avropada faydalı təcrübə olacaq. Biz həm çempionatda, həm də avrokuboklarda yaxşı oynamaq istəyirik. Bu, çətindir. Ancaq bilirik ki, inkişaf etmək üçün bu mərhələdən keçməliyik”.

 

“Sent-Etyen”in 2 prezidentindən biri olan Kayazzo “Qarabağ”dan başqa, qrupdakı rəqiblərinin büdcələrinin onlardan çox olduğunu söyləyib: “Mən “Karabükspor”un prezidenti ilə müzakirə apardım. Ondan büdcələrini soruşdum. Mənə 17-18 milyon avro deyildi. Ancaq onlar oyunçuların maaşına görə vergi ödəmirlər. İstənilən halda, onların büdcəsi yaxşı formadadır. “Dnepr” və “İnter”in büdcələri bizdən üstündür”.

60 yaşlı klub sahibi qrupdan çıxmaq istədiklərini ifadə edib: “Qrupdan çıxmaq qəhrəmanlıq olardı! Biz buna iddia edirik. Ancaq biz artıq Liqa Kubokunu qazanmaqla, çempionatda IV olmaqla igidlik göstərmişik... Əgər biz 7-ci büdcəylə yekunda çempionatı IV və ya V bitirsək, istənilən halda bu, uğur sayılacaq!”

 

0