“Qəbələ” – “Neftçi” oyununun vaxtı açıqlandı
16.09.2014 - 13:27
“Qəbələ” – “Neftçi” oyununun vaxtı açıqlandı

Topaz Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutacaq turun qarşılaşmaları 3 gün davam edəcək.

 

Sentyabrın 21-də keçiriləcək turun “Qəbələ” və “Neftçi” arasındakı mərkəzi oyunu saat 18:00-da başlayacaq. Həmin gün baş tutacaq “Qarabağ” - “Simurq” görüşü 20:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

 

VI tur

 

19 sentyabr (cümə)

 

19:00. “İnter” – “Bakı”
“İnter Arena” stadionu

 

20 sentyabr (şənbə)

 

17:00.  “Sumqayıt” – AZAL
“Kapital Bank Arena” stadionu, süni örtüklü meydança

 

19:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

21 sentyabr (bazar)

 

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

 

20:00. “Qarabağ” – “Simurq”
Tofiq Bəhramov adına Respublika stadionu

 

0