“Qarabağ”da 4 yubiley
16.09.2014 - 14:39
“Qarabağ”da 4 yubiley

Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”lə I turunun oyunu Azərbaycan çempionu “Qarabağ”ın bir neçə futbolçusu üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Admir Teli 35-ci, Maksim Medvedev 30-cu, Riçard Almeyda və Leroy Corc 10-cu Avroliqa matçına çıxacaq.

 

Onların hamısı bütün oyunlarını təsnifat mərhələsində keçirib. Bu üzdən həm yubilyarlar. Həm də meydana çıxacaq digər oyunçular üçün Fransa təmsilçisi ilə görüş yarışın əsas mərhələsində debüt olacaq. Bu, yalnız Tərlan Quliyevə aid deyil. Çünki müdafiəçi 2 il əvvəl “Neftçi” ilə Avropa liqasının qrupunda çıxış edib.

0