Onuncu darmadağın
16.09.2014 - 14:53
Onuncu darmadağın

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələ oyunlarında 10-cu dəfə böyük hesabla məğlub olub. Apasport.az saytının məlumatına görə, Bakıda Danimarkadan 3 cavabsız qol buraxan yığmamız bunadək 9 dəfə acınacaqlı yenilgiyə üzülmüşdü.

 

Avropa səhnəsində 10 il əvvəl məhz Danimarka ilə oyunla başlayan millimiz həmin vaxt 0:20 hesabı ilə uduzmuşdu. Şimallılardan alınan iki məğlubiyyətin arasında olan müddətdə daha 8 dəfə 3 və ya daha çox top fərqi ilə məğlubiyyət qeydə alınıb.

 

28.09.2004. Danimarka 0:20

30.09.2004. Fransa 0:10

27.09.2005. Polşa 0:7

29.09.2005. Çexiya 0:3

27.09.2007. Ukrayna 0:3

29.09.2007. Şotlandiya 0:3

20.10.2012. Rusiya 0:5

22.10.2012. İsveç 0:10

25.10.2012. Sloveniya 0:6

15.09.2014. Danikmmrka 0:3

 

0