“Bavariya" azarkeşlərindən UEFA-ya məktub
16.09.2014 - 22:29
“Bavariya" azarkeşlərindən UEFA-ya məktub

“Bavariya" azarkeşləri UEFA-ya müraciət ediblər. Apaspot.az saytının məlumatına görə, buna səbəb Münhen klubunun sadiq fanatları Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda, sentyabrın 30-da Moskva MOİK-inə qarşı keçirəcəyi oyunda tribunaya buraxılmalarını istəməsidir.   

 

Bu məqsədlə “Bavariya azarkeşləri UEFA-ya məktub göndəriblər. Məktubda bildirilir ki, onlar ÇL-in qrup mərhələsinin püşkatması keçirildikdən dərhal sonra Moskvaya getmək üçün təyyarəyə bilet alıblar və oyunu izləmək niyyətindədirlər.

 

Qeyd edək ki, UEFA irqçi şüarlara görə MOİK-ə bir oyun boş tribunalar önündə oynamaq cəzası verib. Həmçinin ruslar 50 min avro məbləğində cərimələnib.

0