Millimizdən qolsuz heç-heçə
17.09.2014 - 08:00
Millimizdən qolsuz heç-heçə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Dubay şəhərində təşkil olunmuş turnirdə ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımızın rəqibi Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası olub.

 

Buna turnirin iştirakçılarının tərkibində və təqvimində dəyişiklik səbəb olub. Öncədən komandamızın ilk turda Qətərlə qarşılaşacağı planlaşdırılmışdı. Lakin sonuncular turnirə qatılmadığından onları yarışda Oman əvəzləyib. Millimizin ilk rəqibi isə BƏƏ yığması olub.

 

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. İlk turun digər oyununda Albaniya yığması Oman üzərində qələbə qazanıb – 3:2.

 

Qeyd edək ki, yığmamız sabah baş tutacaq II turda Albaniya ilə qarşılaşacaq.

0