Avropa Liqası Bakıda başlayır
17.09.2014 - 11:08
Avropa Liqası Bakıda başlayır

Sabah Avropa Liqasında yeni mövsümü start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başlayacaq.

 

48 komandanın 12 qrupda mübarizə aparacağı yarış isə Bakıda start götürəcək. Belə ki, 6 qrupun 22:00, 6-nın 00:05-də mübarizəyə başlayacağı turnirin bir oyunu daha tez keçiriləcək.

 

Qrup mərhələsində çıxış edən Azərbaycan çempionu “Qarabağ” ev oyunlarını 21:00-da keçirdiyindən Bakıdakı görüş Avropa Liqasının ilk matçı olacaq. Futbol tariximizə bu mərhələdəki 2-ci təmsilçimiz kimi düşən Ağdam klubu Fransa “Sent-Etyen”ini sınağa çəkəcək.

 

F qrupunda İtaliya “İnter”i və Ukrayna “Dnepr”i ilə mübarizə aparacaq cütlük Tofiq Bəhramov adına Respublika stadionunun yeni ot örtüyünə çıxacaq. Şotlandiyalı hakimlərin idarə etdiyi matça qədər “Qarabağ” cari mövsümün ev oyunlarında uduzmayıb.

 

Avropa Liqası

F qrupu

I tur

18 sentyabr

21:00. “Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa)

Baş hakim: Steven Maklin

Baş hakimin köməkçiləri: Qavin Harris, Fransis Konnor

Dördüncü hakim: Alasdair Ross

Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas (hamısı Şotlandiya)

Hakim-inspektor: Qilfi Tor Orrason (İslandiya)

UEFA nümayəndəsi: Sergey iliç (Belarus)

Bakı. T. Bəhramov adına Respublika stadionu

0