15 ildən sonra
17.09.2014 - 11:57
15 ildən sonra

Sabah Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Sent-Etyen” oyunu Azərbaycan və Fransa klublarının qitə miqyaslı turnirlərdə 3-cü görüşü olacaq. Apasport.az saytının məlumatına görə, ilk iki belə oyun 15 il əvvələ təsadüf edib.

 

1999-cu ildə İntertoto kubokunun II mərhələsində “Qarabağ” “Monpelye” ilə görüşüb. İyulun 3-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada fransalılar ilk yarıdakı qollarla böyükhesabla qalib gəlib – 3:0. Qonaqların qollarını Silvestre  20, Delaye 35, Maoulida 42-ci dəqiqədə vurub.

 

Bir həftə sonra baş tutan görüşdə isə “Qarabağ” daha ağır məğlubiyyət alıb – 0:6. Fransada Mahouve 11, Dzodic 16 və 74, Loko 66, Quei 80, Barbosa 87-ci dəqiqədə fərqlənib.

0