Ukrayna yığmasının baş məşqçisi: Kiprlə oyunumuz Azərbaycan ilə matçdan bir az yaxşı idi
17.09.2014 - 12:59
Ukrayna yığmasının baş məşqçisi: Kiprlə oyunumuz Azərbaycan ilə matçdan bir az yaxşı idi

“Kiprlə oyunda qazandığımız əzmkar qələbə təbriklərinizə görə sağolun!” Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın 19 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Natalya Zinçenko deyib.

 

Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin II qrupunda millimizi ilk turda məğlub edən Ukrayna Kiprlə görüşdə də qələbə qazanıb – 3:1. Zinçenko bu oyunla bağlı müsahibə verib.

 

Ukrayna yığmasının çalışdırıcısı Kiprlə oyunda bir qədər yaxşı oynadıqlarını bildirib: “Bununla belə, Kiprlə oyunumuz Azərbaycan komandası ilə matçdan bir az yaxşı idi. Artıq görünürdü ki, qızlar onlardan nə tələb etdiyimizi başa düşürlər. Komandalar görüşə kəşfiyyatsız başladılar. İlk hissə komandamızın cüzi üstünlüyü ilə keçdi. Ancaq təəssüf ki, fasiləyə yaxın standart zərbədən qol buraxdıq. Fasilədə taktiki dəyişikliklər etdik. Kiprin müdafiədən oynayacağına hazır idik. İkinci hissənin əvvəlindəki əvəzetməyə bu səbəb oldu. Oyunu yenidən qurduq və bu nəticə qazandırdı”!

 

Qeyd edək ki, Ukrayna sentyabrın 13-də millimizi 1:0 hesabı ilə məğlub etmişdi.

0