Yohan Bokonyano: “Qarabağ” “Sent-Etyen”ə yenilməyəcək
17.09.2014 - 13:49
Yohan Bokonyano: “Qarabağ” “Sent-Etyen”ə yenilməyəcək

“Çox təəssüf ki, sabah “Qarabağ” – “Sent-Etyen” oyununa stadiondan baxa bilməyəcəyəm. Çünki komandamın “Bakı” ilə çempionat matçı ilə əlaqədar olaraq komanda bazada toplaşacaq”. Bunu apasport.az saytına “İnter”in fransalı mərkəz müdafiəçisi Yohan Bokonyano deyib.

 

“İnter”in heyətində yer alan yeganə fransalı futbolçu Bokonyanodan sabah Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Sent-Etyen” oyunu haqda fikirlərini öyrənməyə çalışdıq. 24 yaşlı futbolçu bu matçı “İnter”in bazasından izləyəcək.

 

Bokonyano “Qarabağ”ın uduzmayacağından əmin olduğunu bildirdi: “Mən Fransada oynadığım vaxt “Sent-Etyen”ə qarşı oynamışam. Ona görə də həmyerlilərimin necə oynamasına bələdəm. Düşünürəm ki, “Qarabağ” Azərbaycanda “Sent-Etyen”ə uduzmayacaq. Ola bilsin ki, ya qələbə qazanacaq, ya da heç-heçə olacaq. Ancaq əminəm ki, “Qarabağ” “Sent-Etyen”ə yenilməyəcək. Ümid edirəm ki, “Qarabağ” ölkə və Azərbaycan xalqı naminə Avroliqada daha da irəli gedəcək. Qrupdan çıxsalar, Azərbaycan futbolu üçün çox ciddi uğur olar”.

 

Qeyd edək ki, “Ayaçço”nun yetirməsi olan Bokonyano “İnter”ə Fransanın “İstr” klubundan gəlib.

 

Səbuhi TOFİQOĞLU

0