[b]Rəqiblərimiz Kiyevdə, qonşularımız fərqli məkanda[/b]
17.09.2014 - 14:00
[b]Rəqiblərimiz Kiyevdə, qonşularımız fərqli məkanda[/b]

Sabah Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 12 qrupda baş tutacaq 24 qarşılaşma ilə qitənin ikinci dərəcəli klub turniri start götürəcək.

 

Azərbaycan çempionu “Qarabağ”ın öz meydanında Fransa “Sent-Etyen”i ilə görüşəcəyi gündə daha 3 qarşılaşma ölkəmizdə müəyyən marağa səbəb olacaq. Təmsilçimizin yer aldığı F qrupundakı digər oyun Kiyevdə keçiriləcək. Orada “Qarabağ”ın rəqibləri - Ukrayna “Dnepr”i və İtaliya “İnter”i üz-üzə gələcək.

 

Ukraynadakı digər maraqlı qarşılaşma isə Lvovda baş tutacaq. Qonşu Türkiyənin təmsilçisi “Trabzonspor” yerli “Metallist”in qonağı olacaq. “Beşiktaş” isə ilk turu öz meydanında keçirəcək. İstanbul təmsilçisi Yunanıstanın “Asteras” klubunu sınağa çəkəcək.

 

F qrupu

21:00. "Qarabağ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa)

22:00. "Dnepr" (Ukrayna) - "İnter" (İtaliya)

 

A qrupu

22:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Vilyareal" (İspaniya)

22:00. "Apollon" (Kipr) - "Sürix" (İsveçrə)

 

B qrupu

22:00. "Kopenhagen" (Danimarka) - HİK (Finlandiya)

22:00. "Brügge" (Belçika) - "Torino" (İtaliya)

 

C qrupu

22:00. "Partizan" (Serbiya) - "Tottenhem" (İngiltərə)

22:00. "Beşiktaş" (Türkiyə) - "Asteras " (Yunanıstan)

 

D qrupu

22:00. "Zalsburq" (Avstriya) - "Seltik" (Şotlandiya)

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astra" (Rumıniya)

 

E qrupu

22:00. PSV (Hollandiya) - "Eştoril" (Portuqaliya)

22:00. "Panatinaikos" (Yunanıstan) - "Dinamo" (Moskva, Rusiya)

 

G qrupu

00:05. "Sevilya" (İspaniya) - "Feyenoord" (Hollandiya)

00:05. "Standard" (Belçika) - "Riyeka" (Xorvatiya)

 

H qrupu

00:05. "Lill" (Fransa) - "Krasnodar" (Rusiya)

00:05. "Everton" (İngiltərə) - "Volfsburq" (Almaniya)

 

I qrupu

00:05. "Napoli" (İtaliya) - "Sparta" (Çexiya)

00:05. "Yanq Boyz" (İsveçrə) - "Slovan" (Slovakiya)

 

J qrupu

00:05. "Rio Ave" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:05. "Styaua" (Rumıniya) - "Olborq" (Danimarka)

 

K qrupu

00:05. "Fiorentina" (İtaliya) - "Genqam" (Fransa)

00:05. PAOK (Yunanıstan) - "Dinamo" (Minsk, Belarus)

 

L qrupu

00:05. "Metallist" (Ukrayna) - "Trabzonspor" (Türkiyə)

00:05. "Legiya" (Polşa) - "Lokeren" (Belçika)

 

0