[b]“İnter” Gürcüstana gedir[/b]
17.09.2014 - 15:30
[b]“İnter” Gürcüstana gedir[/b]

Premyer Liqanın hazırkı lideri olan “İnter” milli komandaların oyunları ilə əlaqədar olaraq yaranan fasilədən istifadə etməyi düşünür. Apasport.az saytının əldə etdiyi xəbərə görə, “bankirlər” ölkə xaricinə gedəcək.

 

“İnter”in gedəcəyi ölkənin də adı artıq bəllidir. Kaxaber Sxadadzenin yetirmələri qonşu Gürcüstana gedəcək. “Ağ-göylər”in səfərinin hansı tarixdə olacağı dəqiqləşməsə də, bunun sentyabrın 27-də AZAL ilə oyundan sonra olacağını bilmək çətin deyil.

 

Qeyd edək ki, təxminən 20 günlük fasilənin minimum 10 gününü Gürcüstanda keçirəcək “İnter” həmin ölkədə yoxlama oyunları da keçirəcək.

 

 

0