[b]“Borussiya”nın hücumçusu “Sent-Etyen”in “Qarabağ”la oyunundan danışdı[/b]
17.09.2014 - 16:26
[b]“Borussiya”nın hücumçusu “Sent-Etyen”in “Qarabağ”la oyunundan danışdı[/b]

“Sent-Etyen”ə Avroliqada uğurlar arzu edirəm. İnanıram ki, onlar ilk oyunda qələbə qazanacaqlar”. Apasport.az xəbər verir ki, bu sözləri Almaniyanın “Borussiya” klubunun hücumçusu Per-Emerik Obameyanq deyib.

 

Dortmund təmsilçisinin futbolçusu sabiq klubunun Avroliqadakı oyununda danışıb. O, sabah Avroliqanın qrup mərhələsində “Qarabağ”la üz-üzə gələcək Fransanın “Sent-Etyen” klubunun yaxşı oyun göstərəcəyinə inandığını bildirib: “Mənim bu klubla çox gözəl günlərim olub. Futbolçu kimi yetişməyimdə Fransa klubunun rolu böyükdür. Onlara uğurlar arzu edirəm. İnanıram ki, onlar turnirə uğurlu başlayacaqlar və qalib gələcəklər”.

 

 

0