[b]Kiyev “Dinamo”sunun daha bir ulduzu “söndü”[/b]
17.09.2014 - 17:30
[b]Kiyev “Dinamo”sunun daha bir ulduzu “söndü”[/b]

Ukrayna futbolu daha bir tanınmış simasını itirib. Apasport.az saytının məlumatına görə, yığma və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Andrey Qusin 42 yaşında ölüb.

 

Sabiq futbolçu Kiyevin “Çayka” avtodromunda motosiklet qəzası nəticəsində dünyasını dəyişib. Motosiklet idarə edən Qusin dairəvi trekin döngələrinin birində oturacaqdan “uçub”. Uç uşaq atası olan Andrey hadisədən sonra özünə gəlməyib.

 

Qusin “Dinamo”nun son vaxtlarda dünyasını dəyişən 3-cü ulduzudur. Onadək məhz Kiyev təmsilçisində məşhurlaşan Andrey Bal və belaruslu Valentin Belkeviç də dünyasını dəyişmişdi.

 

Qeyd edək ki, 1993-2006-cı illərdə Ukrayna millisində 71 oyun keçirib, 9 qol vuran Qusin 1993-2005-ci illərdə “Dinamo”da çıxış edib. Ukrayna və Rusiyanın bir neçə digər klubunda da oynayan veteran futbolçu 2007-ci ildən məşqçilik fəaliyyəti ilə məşğul olub. Onun son iş yeri bu il ayrıldığı Rusiya “Anji”si idi.

 

0