“Sent-Etyen”in kapitanı müəyyənləşdi
17.09.2014 - 19:26
“Sent-Etyen”in kapitanı müəyyənləşdi

Sabah Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la ilk oyununu keçirəcək “Sent-Etyen”in kapitanı bəlli olub. Apasport.az saytının məlumatına görə, Ağdam klubu ilə qarşılaşmada “yaşıllar”ı meydana kapitan sarğısında Jeremi Kleman çıxaracaq.

 

Loik Perren zədəli olduğu üçün baş məşqçi Kristof Qaltye belə qərara gəlib.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 21:00-da başlayacaq.

0