Braziliyalı futbolçu “Araz Naxçvan”la oyuna hazırlaşmır
17.09.2014 - 20:14
Braziliyalı futbolçu “Araz Naxçvan”la oyuna hazırlaşmır

Premyer Liqanın VI turu çərçivəsində “Araz Naxçvan”ı  qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarına doğma şəhərdə davam edir. Apasport.az saytının məlumatına görə, komanda gündə iki dəfə olmaqla məşq edir.

 

Sentyabrın 17-də səhər saat 10:00-da  ehtiyat meydançada məşqə çıxaraq saatyarım hazırlaşan komanda daha bir dəfə saat 19:00-da axşam məşqini eyni məkanda keçirib.

 

Braziliyalı futbolçu Fernando Qabriel zədəli olduğundan məşqdə iştirak etməyib.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” - “Araz Naxçvan” qarşılaşması sentyabrın 20-də “Fırtınalar meydanı”nda keçiriləcək.

 

 

Mənbə: 12cioyuncu.info

0