Millimizin rəqibinin hücumçusu bıçaq altına uzanacaq
17.09.2014 - 23:33
Millimizin rəqibinin hücumçusu bıçaq altına uzanacaq

“Atletiko”nun hücumçusu Mario Mandjukiç bıcaq altına uzanacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb AVRO-2016-nın qrup mərhələsində milli komandamızın rəqiblərindən olan Xorvatiya yığmasının futbolçusunun burununun sınmasıdır.

 

Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda İspaniya klubu “Olimpiakos”la üz-üzə gəlib.

 

Madridlilərin 3:2 hesabı ilə uduzduqları matçın əvvəlində Mandjukiç cidid zədələnir. Lakin baş məşqçi Dieqo Simeone forvarda sona qədər şans verib.

 

Qarşılaşmadan sonra tibbi müayinədən keçən xorvat futbolçunun burununun sındığı müəyyənıəşib. Mario cümə axşamı günü əməliyyat olunacaq.

0