Andrey Ştoltsers: Azərbaycan dili mənə maraqlı idi
18.09.2014 - 10:10
Andrey Ştoltsers: Azərbaycan dili mənə maraqlı idi

“Müqaviləmdə oynadığım ölkənin dilini öyrənməklə vağlı heç nə olmayıb. Bu məsələ peşəkarlıq göstəricidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviya millisinin sabiq futbolçusu Andrey Ştoltsers deyib.

 

2005/06 mövsümündə “Bakı”nın şərəfini qoruyan hücumçu xarici dil öyrənməklə bağlı fikirlərini açıqlayıb: “Spartak”da oynayanda Rusiya millisinin oyunçularını görürdüm. Mostovoyla Karpinin ispanca “çırtlamağını” xatırlayıram. Onları dinləmək də maraqlı idi. Azərbaycanda oynayanda onların dili mənə maraqlı idi. Koreyada da nə isə danışmağa çalışırdım. Marian Paxarla söhbətimiz oldu. O dedi ki, ingilis dili bilmədiyi vaxtlar daha yaxşı oynayıb, qollar vurub. Amma dili öyrənəndə sonra başlayıb məşqçi tapşırığı bardə daha çox düşünməyə. Bəlkə də buna görə başa düşməmək daha yaxşıdır”.

 

 

0