“Xəzər Lənkəran” “Araz Naxçıvan”la oyunun davam etdirir
18.09.2014 - 10:32
“Xəzər Lənkəran” “Araz Naxçıvan”la oyunun davam etdirir

Topaz Premyer Liqasının VI turu çərçivəsində “Araz Naxçıvan”ı qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını doğma şəhərdə davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lənkərandakı bazasında iki gündür ki, məşqlərini bərpa edən “ağ-yaşıllar” bu gün axşam hazırlığından sonra sabah oyunöncəsi məşqini də tamamlayacaq. Bunun ardınca onlar matç saatını gözləyəcəklər.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”-“Araz Naxçıvan” matçı sentyabr ayının 20-də saat 19.00-da start götürəcək və “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.

0