Liderlərin asan sınağı, qonşular üz-üzə
18.09.2014 - 10:43
Liderlərin asan sınağı, qonşular üz-üzə

Sabah Topaz Premyer Liqasında VI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmaları 3 gün davam edəcək tur Bakı derbisi ilə başlayacaq.

 

Turnir cədvəlində fərqli mövqelərdə qərarlaşan “İnter”lə “Bakı”nın oyununda meydan sahibləri favorit hesab olunur. Ən azı bir günlük zirvəyə yüksəlmək imkanı olan “bankirlər” bunun üçün qələbə qazanmalıdır. Paytaxtın eyniadlı təmsilçisi isə qələbəsi olmayan yeganə komanda adı və sonuncu pillə ilə vidalaşmaq əzmindədir.

 

Turun ikinci oyununda da fərqli vəzifələri həll edən komandalar görüşəcək. Liderliyini qorumaq iddiasında olan “Sumqayıt” AZAL-ı sınağa çəkəcək. O qədər də yaxşı durumda olmayan sonuncular ortabab imicini sübut etmək üçün təsadüfi lideri büdrətməlidir.

 

Cədvəlin ikinci yarısında qərarlaşan “Xəzər Lənkəran”la “Araz-Naxçıvan”ın oyunu isə son turun uğursuzlarının duelidir. Mövsümə gözlənildiyindən pis başlayan cənublular ev amilindən yararlanmalıdır. Onlar ardıcıl 3 məğlubiyyət alan naxçıvanlılardan 3 xal almağa çalışacaq.

 

Turun ən maraqlı oyunları bazar günü keçiriləcək. Həmin matçlarda qonşular görüşəcək. Son turda çətin qələbələr əldə edən “Qəbələ” və “Neftçi” əyalət təmsilçisinin meydanında görüşəcək. 3-cü pilləyə şərik olanların duelində qalib gələn komanda liderliyə də yüksələ bilər. Lakin bunun üçün “İnter” qalib gəlməməli, “Sumqayıt” uduzmalıdır.

 

Tura çempionun matçı ilə yekun vurulacaq. Turnir cədvəlində 5-ci olan “Simurq” 1 xal qabaqladığı “Qarabağ”la görüşəcək. Zaqatala təmsilçisi ilə oyunlarda çətinlik çəkən Ağdam təmsilçisi liderlərdən uzaq düşməmək üçün qalib gəlməlidir.

 

Topaz Premyer Liqası

 

VI tur

 

19 sentyabr (cümə)

 

19:00. “İnter” – “Bakı”
“İnter Arena” stadionu

 

20 sentyabr (şənbə)

 

17:00.  “Sumqayıt” – AZAL
“Kapital Bank Arena” stadionu, süni örtüklü meydança

 

19:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

21 sentyabr (bazar)

 

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

 

20:00. “Qarabağ” – “Simurq”
Tofiq Bəhramov adına Respublika stadionu

  

N

  Klublar

O

Q

H

M

T-F

X

1

  Sumqayıt

5

4

0

1

8-6

12

2

  İnter

5

3

1

1

12-3

10

3

  Neftçi

4

3

0

1

4-4

9

4

  Qəbələ

5

3

0

2

6-7

9

5

  Simurq

4

2

0

2

6-4

6

6

  Qarabağ

4

1

2

1

5-5

5

7

  Xəzər L

5

1

1

3

2-5

4

8

  AZAL

4

1

1

2

3-7

4

9

  Araz N

4

1

0

3

4-5

3

10

  Bakı

4

0

1

3

3-7

1

 

Bombardir: Mikel Alvaro (İnter) – 4.

0