Üçüncü qol həsrəti
18.09.2014 - 14:32
Üçüncü qol həsrəti

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi tarixində 3-cü dəfə Avropa çempionatının seçmə mərhələsini qolsuz başa vurub. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Patrisiya Qonzalesin yetirmələri AVRO-2015-in Bakıda keçirilən seçmə oyunlarında Ukrayna (0:1), Danimarka  (0:3) və Kipr (0:0) yığmaları ilə qarşılaşmalarda qol həsrəti yaşayıb.

 

9-cu dəfə seçmə mərhələyə qatılan millimiz 3-cü dəfədir ki, belə halla üzləşir. Yığmamız AVRO-2006 və AVRO-2013-in yolunda da belə üzüntü yaşamışdı.

 

Lakin bu dəfə 1 xal toplayan komandamız həmin mərhələlərdə xala da həsrət qalmışdı. 9 il əvvəl komandamız 11, 2 il öncə isə 21 top buraxsa da, bunların cavabını verə bilməmişdi.

0