[b]Yığmamız təhlükədə[/b]
18.09.2014 - 15:24
[b]Yığmamız təhlükədə[/b]

Milli komandalar üçün FİFA reytinqinin açıqlanmasından sonra Azərbaycan yığmasının növbəti oyunlar üçün perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, hazırda 344 xalla dünyanın 95-cisi olan millimiz sonrakı taleyi oktyabrda keçirəcəyi oyunların nəticələrindən asılıdır.

 

Çünki İtaliya ilə ayın 10-da, Xorvatiya ilə 13-də baş tutacaq AVRO-2016-nın seçmə oyunları Berti Foqtsun komandasını ciddi şəkildə tərpədə bilər. Özü də bu yerdəyişmənin hər iki tərəfə gerçəkləşməsi mümkündür.

 

Lakin görüşlərin hər ikisi səfərdə oynanıldığından perspektiv heç də yaxşı görünmür. Hər iki rəqibin ikinci 10-liq”da qərarlaşması matçların dəyərini artırsa da. şanslarımıza ciddi təsir edir. 13-cü olan İtaliya və 19-cu pillədə qərarlaşan Xorvatiya ilə qarşılaşmalarda 2 qələbə qazanmağımıza çətin ki, inanan tapılsın. Amma möcüzə baş versə, yığmamız xalını 540-a çatdıracaq. Bu da ki, rekord mövqeyədək irəliləməyə yetərli olacaq. İndiki siyahıda 540 xal 55-ci yer üçün yetərli olacağından, gələn ay eyni xalın təxminən 6-cı “onluq” üçün kifayət edəcəyini ehtimal etmək olar.

 

İki səfər oyununda qələbə və heç-heçə əldə etsək, yeni rekord gözləniləndi. İki oyunun birini udub, digərini uduzsaq, irəliləmiş olacağıq. Lakin avqustdakı mövqeyimizi qaytarmaq mümkün olmayacaq.

 

İki heç heçə də daxil olmaqla, qələbəsiz bütün variantlar daha da geriləməklə nəticələnəcək. İki məğlubiyyət isə yığmamızın 111 xal itirməsi deməkdir. Belə nətixə isə yığmamız üçün böyük təhlükədir. Çünki milli 30 pillədən də çox aşağı yuvarlanıb, 130-cu yer yaxınlığında ola bilər.

 

İtaliya – Azərbaycan

Xorvatiya – Azərbaycan

əmsal

Təxmini yer

2

2

540

55

2

X

439

70

2

1

389

85

X

2

436

71

X

X

335

99

X

1

285

113

1

2

384

86

1

X

284

113

1

1

233

129

2 – qonaqların, yəni millimizin qələbəsi, x – heç-heçə, 1 – meydan sahiblərinin qələbəsi.

0