“İnter”in 12 oyunluq yenilgisiz seriyası davam edə bilər
18.09.2014 - 15:57
“İnter”in 12 oyunluq yenilgisiz seriyası davam edə bilər

İndiyədək 35 dəfə üz-üzə gələn “İnter” və “Bakı” komandalarının sabah keçirəcəyi oyun sayca 36-cı olacaq. Apasport.az saytının məlumatına görə, 35 oyundan 30-u Azərbaycan çempionatı, 5 oyun isə ölkə kuboku çərçivəsində baş tutub.

 

“İnter” 13 qələbəyə sahibdirsə, “Bakı”nın aktivindəki qələbə sayı 11-ə çatır. Bu klubun 1 qələbəsi texniki məğlubiyyət sayəsində qazanılıb. Daha bir qələbə isə 2004/05 mövsümündə Azərbaycan Kuboku turnirinin finalında qeydə alınıb - 2:1. Vurulmuş və buraxılmış qollar arasında fərq 30-29 “Bakı”nın xeyrinədir. Amma 30 qoldan 3-ü 2011-ci ildəki texniki qələbə nəticəsində mümkün olmuşdu. 

 

Komandaların ilk rəsmi qarşılaşması 2004-cü il dekabrın 13-də baş tutub və həmin oyun qolsuz bərabərliklə başa çatıb. İlk qələbəni isə aktivinə “Bakı” yazmağa müvəffəq olub. Həmin qələbə 2005-ci il mayın 15-də qeydə alınıb və “Bakı” “İnter”in qapısından 2 cavabsız qol keçirib. “İnter” - “Bakı” qarşıdurmasında ilk qolun müəllifi gürcüstanlı futbolçu Aleksandr Qoqoberişvilidir.

 

“İnter” - “Bakı” duelində qeydə alınmış ən böyük hesab 4:0-dır. Məhz bu hesabla “İnter” ötən mövsüm səfərdə rəqibini məğlub etmişdi. Komandaların qarşıdurmasında ən populyar hesab 1:0-dır və bu hesab 35 matçın 14-də qeydə alınıb. 

 

Azərbaycan çempionatının ev oyunlarında “İnter” “Bakı” üzərində üstünlüyə malikdir. Belə ki, “İnter” 15 matcda 6 qələbə qazanıb, 5 oyun heç-heçəylə başa çatıb və 4 dəfə “Bakı” meydandan qalib ayrılıb. Vurulmuş və buraxılmış qollar arasında fərq 12-22-dir. 

 

Qeyd edək ki, “İnter” “Bakı”ya son 12 oyunda məğlub olmur. “Bakı” “bankirlər”i 928 gündür ki, məğlub edə bilmir. Kaxaber Sxadadzenin yetirmələri son dəfə “Bakı”ya 2012-ci il martın 3-də məğlub olub. O vaxtdan “İnter”in “Bakı” üzərində qələbə sayı 7-ə çatır. Sülhlə yekunlaşan oyunların sayı isə 5-ə bərabərdir. 

 

“İnter”in “Bakı” ilə bütün matçlarının siyahısı:

 Mövsüm

Oyun

Hesab

2004/05

“İnter” - “Bakı”

0:0

2004/05

“Bakı” - “İnter”

2:0

2004/05(k)

“İnter” - “Bakı”

1:2(ə.v.)

2005/06

“Bakı” - “İnter”

1:0

2005/06

“İnter” - “Bakı”

0:1

2006/07

“Bakı” - “İnter”

2:0

2006/07

“İnter” - “Bakı”

0:1

2007/08

“Bakı” - “İnter”

0:0

2007/08

“İnter” - “Bakı”

1:0

2008/09

“Bakı” - “İnter”

0:0

2008/09

“İnter” - “Bakı”

0:1

2009/10

“İnter” - “Bakı”

1:0

2009/10

“Bakı” - “İnter”

2:0

2009/10

“İnter” - “Bakı”

1:1

2009/10(k)

“Bakı” - “İnter”

0:1

2009/10(k)

“İnter” - “Bakı”

1:3

2009/10

“Bakı” - “İnter”

0:0

2010/11

“İnter” - “Bakı”

1:0

2010/11

“Bakı” - “İnter”

1:2

2010/11

“İnter” - “Bakı”

1:1

2010/11

“Bakı” - “İnter”

0:1

2011/12

“İnter” - “Bakı”

0:3(t.m.)

2011/12

“Bakı” - “İnter”

1:0

2011/12

“Bakı” - “İnter”

0:1

2011/12

“İnter” - “Bakı”

1:0

2012/13

“Bakı” - “İnter”

0:0

2012/13

“İnter” - “Bakı”

1:0

2012/13(k)

“Bakı” - “İnter”

1:1

2012/13(k)

“İnter” - “Bakı”

2:2

2012/13

“Bakı” - “İnter”

1:2

2012/13

“İnter” - “Bakı”

2:1

2013/14

“İnter” - “Bakı”

2:2

2013/14

“Bakı” - “İnter”

0:1

2013/14

“İnter” - “Bakı”

1:1

2013/14

“Bakı” - “İnter”

0:4

 

 

0