Çumbinyo üçün Avroliqanın qrup mərhələsi başa çatdı
19.09.2014 - 14:41
Çumbinyo üçün Avroliqanın qrup mərhələsi başa çatdı

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyonun zədəsinə aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az saytına verdiyi xəbərə görə, “Olimpiakos”un sabiq futbolçusunun xaçvarı bağları sıradan çıxıb.

 

Belə ki, sambaçı 5 ay komandasına kömək edə bilməyəcək. Bu isə o deməkdir ki, 27 yaşlı futbolçu üçün Avroliqanın qrup mərhələsi və çempionatın ilk yarısı erkən başa çatıb. Çumbinyo ən yaxşı halda komandasına qış fasiləsindən sonra kömək etmək iqtidarında olacaq.

 

Qeyd edək ki, dünən “Sent-Etyen”lə matçda start heyətində çıxan Çumbinyo 2 dəfə meydançanı zədələndiyi üçün tərk edib. Birinci dəfə geri qayıda bilsə də, ikinci dəfə Mevlüt Ərdinçin onu zədələməsi hücumameyilli yarımmüdafiəçinin fasilədə Vüqar Nadirovla əvəzlənməsinə səbəb olub.

    

0