AVRO-2020: Olimpiya stadionundan Foqtsun sevindiyi məkanadək
19.09.2014 - 16:23
AVRO-2020: Olimpiya stadionundan Foqtsun sevindiyi məkanadək

Avro-2020-ni keçirəcək şəhərlərin adları artıq bəllidir. Apasport.az saytının məlumatına görə, həmin qitə çempionatını keçirəcək 13 şəhərin stadionlarından ən böyüyü Londonun “Uembli” stadionudur.

 

Təsadüfi deyil ki, 90 min tamaşaçı tutumuna malik olan arenada qitə birinciliyinin yarımfinal və final görüşləri keçiriləcək. 24 ildən sonra Avropa çempionu bu arenada müəyyənləşəcək. Maraqlıdır ki, “Uembli”də baş tutan əvvəlki qitə çempionatının finalında isə millimizin baş məşqçisi Berti Foqtsun çalışdırdığı Almaniya Çexiyanı 2:1 hesabı ilə məğlub etmişdi.

 

Bakının Olimpiya stadionu isə 13 arenadan bir cəhəti ilə seçilir. Belə ki, Böyük Şor qəsəbəsindəki 68 minlik arena məhz Avro-2020 üçün inşa olunan yeganə stadiondur.

 

Ölkə

Şəhər

stadion

Tamaşaçı tutumu

Azərbaycan

Bakı

Olimpiya stadionu

68000

Belçika

Brüssel

Yeni milli stadion

50000

(60000)

Macarıstan

Budapeşt

Nyu Puşkaş Ferents

56000

Hollandiya

Amsterdam

Amsterdam Arena

53052

(55-56000)

Rusiya

Sankt-Peterburq

Zenit Arena

69500

İspaniya

Bilbao

San-Mames

53332

İngiltərə

London

Uembli

90000

Şotlandiya

Qlazqo

Hempden Park

52063

İrlandiya

Dublin

Aviva

51700

Danimarka

Kopenhagen

Teliya Parken

38065

Almaniya

Münxen

Alyans Arena

67812 (75000)

İtaliya

Roma

Olimpiya stadionu

72698

Rumıniya

Buxarest

Milli stadion

55600

Mötərizədə stadionların tamaşaçı tutumunun artırıla biləcəyi hədd göstərilib.

 

Qeyd edək ki, Bakı Avro-2020-də qrupun 3 və 1/4 finalın 1 oyununa ev sahibliyi edəcək.

 

0