Millimiz AVRO-2020-yə çıxsa...
19.09.2014 - 16:47
Millimiz AVRO-2020-yə çıxsa...

Azərbaycan milli komandası AVRO-2020-nin final mərhələsinə yüksəlsə, oyunlarını Bakıda keçirəcəyi qrupda yer alacaq. Apasport.az saytının məlumatına görə, yarışın qrup matçlarına ev sahibliyi edəcək 12 milli ilə bağlı bənd əsasnamədə yer alıb.

 

Orada göstərilib ki, təşkilatçılardan 12-si final mərhələsinə yüksələ bilsə, 3 qrup oyunundan 2-ni öz meydanında keçirəcək. Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərləri onların təmsil etdiyi ölkələrin yığmasının yer alacağı qrupun görüşlərinə şahid olacaq.

 

Bu isə o deməkdir ki, final mərhələsinə yüksələn təşkilatçı ölkə digər meydan sahiblərindən yalnız biri ilə eyni qrupda yer ala bilər.

 

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsindən heç bir komanda azad olunmayacaq. Qrup və pley-offa ev sahibliyi edəcək 12 şəhərdən başqa, Londonda təşkilatçılıq hüququna malikdir. Futbolun yaradıcıları yarımfinal və finalı keçirəcək.

 

 

 

 

0