[b]“Xəzər Lənkəran” hazırlığını başa vurdu - FOTO[/b]
19.09.2014 - 20:00
[b]“Xəzər Lənkəran” hazırlığını başa vurdu - FOTO[/b]

Premyer Liqanın VI turu çərçivəsində sabah “Araz Naxçıvan”ı qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, komanda bu gün oyunöncəsi son məşqini keçirib.

 

Futbolçuların yüksək əhval ruhiyyədə iştirak etdiyi hazırlıq prossesi bir saat davam edib. Daha sonra isə komanda özünün baza-otelinə çəkilib.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçı sabah, sentyabr ayının 20-də saat 19.00-da start götürəcək və “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.

 

Mənbə: 12cioyuncu.info

0