[b]Kaxaber Sxadadze: Futbolçulara dedim ki…[/b]
19.09.2014 - 20:19
[b]Kaxaber Sxadadze: Futbolçulara dedim ki…[/b]

“Oyun bizim üçün yaxşı keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının VI turun açılış matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub etmələrinə şərh verib.

 

O bildirib ki, 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik : “Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir”. 

0