Təmsilçilərimiz oynadı, komandaları yenə xal itkisi ilə üzləşdi
19.09.2014 - 23:01
Təmsilçilərimiz oynadı, komandaları yenə xal itkisi ilə üzləşdi

Türkiyə PTT I liqasında III turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçuları Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın komandası “Qaziantep BB” növbəti matçını keçirib.

 

II turda səfərdə “Kayserispor”la qolsuz bərabərə (0:0) qalan təmsilçilərimizin komandası bu dəfə dogma azarkeşləri önündə autsayder “Adanaspor”la üz-üzə gəlib.

 

“Qaziantep BB” növbəti dəfə fanatlarına 3 xal qazanmaq sevinci yaşada bilməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Bu dəfə yenə Ufuk meydana start heyətdə çıxıb və matçda 90 dəqiqə oynayıb. Cavadov da Budak kimi ilk “11-lik”də heyətdə yer alsa da, 63-cü dəqiqədə Məhəmməd Dəmirci ilə əvəzlənib. 75-ci dəqiqədə isə Rəhman Sərtan Vardarın yerinə oyuna daxil olub.

 

Qeyd edək ki, 3 oyundan sonra aktivinə 3 xal yazdıran “Qaziantep BB” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.

0