Branimir Subaşiçin komandası əzmkar qələbə qazandı
19.09.2014 - 23:05
Branimir Subaşiçin komandası əzmkar qələbə qazandı

Türkiyə PTT I Liqasında III turun oyunları başlayıb. Apasport.az saytının məlumatına görə, yığma komandamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" evdə “Kayserispor”la qarşılaşıb.

 

2 turdur meydanı xalsız tərk edən serb əsilli azərbaycanlı futbolçunun komandası bu dəfə əzmkar qələbəyə sevinib. Ötən tur “Boluspor”a darmadağın (4:0) olan "Manisaspor" kayseriləri 2:1 hesabı ilə məğlub edib.

 

Görüşdə Subaşiç meydana yenə start heyətdə daxil olub və o, matçı əvəzlənmədən başa vurub.

 

Qeyd edək ki, Branimirin komandası yeganə qazandığı 3 xaldan sonra turnir cədvəlində 12-ci pilləyə yüksəlib.

0