"Xəzər Lənkəran" ikinci qələbəsini qazandı
20.09.2014 - 19:53
"Xəzər Lənkəran" ikinci qələbəsini qazandı

Topaz Premyer Liqasında VI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün daha 2 qarşılaşma baş tutub.

 

Liderliyini qorumaq iddiasında olan “Sumqayıt” evdə AZAL-ı sınağa çəkib.

 

Ötən tur “Qarabağ”a 0:3 hesabı ilə uduzan “təyyarəçilər” bu dəfə “Gənclər şəhəri” təmsilçisini büdrətməyi bacarıb. Matçın 24-cü dəqiqəsində Freddi Mombonqonun vurduğu qol AZAL-aqələbə qazandırıb.

 

V turda “Böyük oyun”da məğlubiyyət acısı yaşayan “Xəzər Lənkəran” isə “Fırtınalar meydanı”nda 4 oyundan sonra yalnız 1 qələbəsi olan “Araz-Naxçıvan”ı qonaq edib.

 

Fasiləyə qədər hesabı açmaqda çətinlik çəkən cənublular ikinci yarıda vurduğu qolla azarkeşlərini sevindirib – 2:0.

 

Beləliklə, çempionatda 2-ci qələbəsini qazanan "Xəzər Lənkəran" 5-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında VI turun ilk oyununda “İnter” “Bakı”nı 7:0 hesabı ilə darmadağın edib.

 

 

Topaz Premyer Liqası, VI tur
20 sentyabr (şənbə)

 

“Xəzər Lənkəran” – “Araz Naxçıvan” - 2:0 
Qollar: Qalin İvanov, 73; Ağabala Ramazanov, 88
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 6. Rəşad Sadiqov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 22. Əfran İsmayılov, 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 39. İlqar Ələkbərov, 99. Deyan Blajevski 
Baş məşqçi: Oğuz Çətin

Araz Naxçıvan”: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev. 7. Ramal Hüseynov, 9. Qərib İbrahimov, 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov, 21. David Janelidze, 44. Saşa Yunisoğlu, 91. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 5. Cavid Həsənov, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev, 15. Ruslan Nəsirli, 23. Elnur Abdulov
Baş məşqçi: Əsgər Abdullayev

 

“Sumqayıt” – AZAL - 0:1
Qol: Freddi Mombonqo, 24
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev
 “Kapital Bank Arena” stadionu, süni örtüklü meydança


“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 9. Orxan Əliyev, 17. Ramazan Abbasov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 86. Fərid Quliyev
Baş məşqçi: Aqil Məmmədov


AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos, 11. Con Kordoba, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 7. Təmkin Xəlilzadə, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 25. Adil Nağıyev, 21. Novruz Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov

 

 

Komanda
o
q
h
m
t/f
x
1 İnter
6
4
1
1
19-3
13
2 Sumqayıt
6
4
0
2
8-7
12
3 Neftçi
4
3
0
1
4-4
9
4 Qəbələ
5
3
0
2
6-7
9
5 Xəzər L
6
2
1
3
4-5
7
6 AZAL
5
2
1
2
4-7
7
7 Simurq
4
2
0
2
6-4
6
8 Qarabağ
4
1
2
1
5-5
5
9 Araz N
5
1
0
4
4-7
3
10 Bakı
5
0
1
4
3-14
1

 

0