“Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladır”
19.09.2014 - 23:40
“Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladır”

“Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Ruslan Əmircanov deyib.

 

“Qırmızı-qaralar” Topaz Premyer Liqasının VI turunda “Neftçi” ilə qarşılaşacaq.

 

Təcrübəli oyunçu matçdan öncə klubun rəsmi saytına açıqlama verib: “Oyuna yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdür, “Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik. Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm. Amma yeni oyunçuları olduğundan belə təhlil zəruridir. Rəqib güclü komandadır. Baş məşqçi dəyişikliyindən sonra da “Xəzər Lənkəran” kimi rəqibə qalib gəlib. Son oyunda biz də qalib gəlmişdik. Bu da ab-havaya müsbət təsir edir. Amma həmin görüşü unudub, qarşıdakına köklənmişik. Hamımız matçın ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq. Növbəti qələbəmizlə azarkeşlərimiz sevindirməyə çalışacağıq”.

0