[b]“Valensiya” ikinci pilləyə yüksəldi [/b] - YENİLƏNİB
23.09.2014 - 09:31
[b]“Valensiya” ikinci pilləyə yüksəldi [/b] - YENİLƏNİB

İspaniya La Liqasında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, açılış qarşılaşmasında “Elçe” ilə “Eybar” üz-üzə gəlib.

 

Bu matçda qonaqlar meydan sahiblərinə heç bir şans verməyib. Qarşılaşma 2:0 hesabı ilə “Eybar”ın xeyrinə başa çatıb.

 

Turun digər görüşlərində “Real” “Deportivo” ilə səfər oyununa çıxıb. Görüşdə Kral klubu rəqibini darmadağın edib - 8:2.

 

Son çempion “Atletiko” isə “Selta”nı sınağa çəkib. Matçda hərəyə bir dəfə fərqlənən tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.

 

“Espanyol” – “Malaqa” görüşündə də sevinən tərəf olmayıb - 2:2.

 

Lider “Barselona” isə autsayder “Levante”nin qonağı olub. Qarşılaşmada kataloniyalılar rəqibini darmadağın edib. Oyun 5:0 hesabı ilə başa çatıb.

 

İspaniya La Liqasında IV turun oyununa isə dünən keçirilən “Xetafe” – “Valensiya” matçı ilə yekun vurulub. Məğlubiyyət üzü görməyən “yarasalar” səfərdə oynamasına baxmayaraq, böyük hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, “Valensiya” bu qələbə sayəsində II pilləyə yüksəlib.

 

 

İspaniya çempionatı

IV tur

19 sentyabr (cümə)

“Elçe” – “Eybar” – 0:2

Qollar: Qarsiya, 3, Albentosa, 42

 

20 sentyabr (şənbə)

“Deportivo” – “Real” - 2:8

Qollar: Medunyanin, 51, Toçe, 84 - Ronaldo, 29; 41; 78, Xames, 36, Beyl, 66; 74, Ernandes, 88; 90+3

 

“Atletik” – “Qranada” - 0:1

Qol: Kordoba, 39

 

“Atletiko” – “Selta” - 2:2

Qollar: Miranda, 31, Qodin, 41 - Ernandes, 19, Nolito, 53-pen.

 

“Espanyol” – “Malaqa” - 2:2

Qollar: Saysedo, 16, Stuani, 88 - Kamaço, 53, Duda, 90+3

 

21 sentyabr (bazar)

“Real Sosyedad” – “Almeriya” - 1:2

Qollar: Vela, 85 - de La Belya, 30-avtoqol, Dos Santos

 

“Vilyarreal" – “Rayo Valyekano” - 4:2

Qollar: Espinoza, 33, Musakkio, 62, Vietto, 74; 87- Kakuta, 22, Bueno, 29

 

“Kordoba" – “Sevilya” - 1:3

Qollar: Qarsiya, 82 - Bakka, 8; 88, Mbia, 72

 

“Levante” – “Barselona” - 0:5

Qollar: Neymar, 34, Rakitiç, 45, Ramirez, 57, Pedro, 64, Messi, 77

 

22 sentyabr (bazar ertəsi)

“Xetafe” – “Valensiya” 0:3

Qollar: Pako, 7; Qomiş, 20; Rodriqo, 72-pen.

 

Barselona

4

4

0

0

11:0

12

Valensiya

4

3

1

0

10:2

10

Sevilya

4

3

1

0

8:3

10

Atletiko M

4

2

2

0

6:4

8

Qranada

4

2

2

0

4:2

8

Vilyarreal

4

2

1

1

6:3

7

Real M

4

2

0

2

13:8

6

Selta Viqo

4

1

3

0

8:6

6

Eybar

4

2

0

2

4:3

6

Almeriya

4

1

2

1

4:4

5

Malaqa

4

1

2

1

3:5

5

Real S

4

1

1

2

7:7

4

Elçe

4

1

1

2

4:8

4

Deportivo

4

1

1

2

6:12

4

Atletik B

4

1

0

3

3:4

3

Xetafe

4

1

0

3

2:8

3

Rayo V

4

0

2

2

6:9

2

Espanyol

4

0

2

2

5:8

2

Kordoba

4

0

2

2

3:7

2

Levante

4

0

1

3

0:10

1

 

0